Azərbaycan səfirliyinin nümayəndələri Fuad Abbasovla görüşüb


Digərləri 11 İyn 2019 22:06:00 199 0

Azərbaycan səfirliyinin nümayəndələri Fuad Abbasovla görüşüb

Jurnalist Fuad Abbasovla bağlı məsələ Azərbaycanın Rusiyadakı Səfirliyinin nəzarətindədir.

Xarici Işlər Nazirliyindən Son.az-a verilən məlumata görə, iyunun 11-də səfirlik nümayəndəıəri Fuad Abbasovla görüşüb, saxlanma şəraiti ilə tanış olublar.

Bundan başqa, yaranmış vəziyyəti aydınlaşdırmaq məqsədi ilə Rusiya Xarici Işlər Nazirliyinə nota təqdim edilib və digər aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanıb.

Xatırladaq ki, Fuad Abbasov mayın 18-də Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.