Liderlik məktəbinin üzvləri Ümumdünya Ətraf Mühitin Mühafizəsi gününə həsr edilmiş tədbir keçiriblər (FOTO)


Digərləri 11 İyn 2019 21:55:00 182 0

Liderlik məktəbinin üzvləri Ümumdünya Ətraf Mühitin Mühafizəsi gününə həsr edilmiş tədbir keçiriblər (FOTO)

Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü münasibətilə maarifləndirmə tədbiri keçirib.

Bakı. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi ötən illərdə olduğu kimi, bu il də 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü münasibətilə maarifləndirmə tədbiri keçirib. Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, qala qəsəbəsindəki Eko Park: Ekoloji Tədqiqatlar Mərkəzində təşkil edilmiş “Sağlam ətraf mühit naminə çalışaq” adlı tədbir uşaqların ekologiyanın qorunması, yurd sevgisi, zəngin təbii sərvətlərimizdən səmərəli istifadə edilməsi ruhunda tərbiyə olunmasına, onların ekoloji şüurunun formalaşmasına, həmçinin bioloji müxtəlifliyin mühafizəsinə yönəlib. Tədbirdə Ombudsmanın Ekoloji hüquqlar üzrə ixtisaslaşmış müşaviri Gülnar Rəhimova, Eko Park: Ekoloji Tədqiqatlar Mərkəzinin direktoru Tahir Şıxəliyev, ARDNŞ-in nümayəndələri, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik məktəbinin üzvləri iştirak ediblər. Tədbir çərçivəsində uşaqların plastik məişət tullatılarından hazırlanan əl işlərindən ibarət maraqlı sərgi təşkil edilib. Ombudsman Aparatının əməkdaşı, Müvəkkilin Ekoloji hüquqlar üzrə ixtisaslaşmış müşaviri Gülnar Rəhimova çıxışında Uşaqların Beynəlxalq Müdafiəsi və Ümumdünya Ətraf Mühitin Mühafizəsi günləri, Ombudsmanın insan hüquqları, o cümlədən uşaq hüquqları, vətəndaşların ekoloji hüquqlarının müdafiəsi və təmini sahəsində çoxşaxəli fəaliyyəti, ekoloji mədəniyyətin təbliği və formalaşdırılması istiqamətində keçirdiyi tədbirlər, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlığın qurulduğu, birgə tədbirlərin təşkil olunduğu haqqında ətraflı məlumat verildi. Qeyd edildi ki, bu qəbildən olan tədbirlər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə start verilmiş “Ətraf mühitin mühafizəsinə dair beynəlxalq dialoq kampaniyası” (IDEA) global gənclik ekoloji kampaniyasına qoşulmaq, uşaqların ekoloji məsələlər ətrafında birləşdirilməsi, dünyanın qarşılaşdığı ən vacib qlobal məsələlərdən biri olan ekoloji tarazlığın pozulması və ekologiyanın çirklənməsi probleminə inteqrasiyası məqsədini daşıyır.