Azərbaycanda yeni logistika mərkəzləri yaradılacaq


Digərləri 11 İyn 2019 20:37:00 199 0

Azərbaycanda yeni logistika mərkəzləri yaradılacaq

Gəncədə və "Qırmızı Körpü" gömrük postunda yeni logistika mərkəzlərinin yaradılması planlaşdırılır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan tranzit yükdaşımaları üzrə Əlaqələndirmə Şurasının katibi Rüfət Bayramov Bakıda keçirilən "Nəqliyyat, tranzit və logistika" 18-ci beynəlxalq Xəzər sərgisi çərçivəsindəki konfrans zamanı deyib.

O, Azərbaycanda mövcud logistika mərkəzlərinin vacibliyini vurğulayıb və əlavə edib ki, gələcəkdə bu mərkəzlərin sayı artırılacaq:

"Ölkədə hər regiona uyğun tranzit və logistika mərkəzləri yaradılacaq. Məsələn, Ələtdə artıq azad iqtisadi zona yaradılır".