Varlıların yeni dəbi


Dünya 11 İyn 2019 20:39:00 216 0

Varlıların yeni dəbi

İngiltərə mətbuatı yeni iddia ilə çıxış edib.

Son.az Ölkə.az-a istinadən xəbər verir ki, gizli yollarla ölkəyə gətirilən şimpanzelər kəsilir və ətlərindən varlılar üçün toylarda xörək hazırlanır. Bir neçə həftə əvvəl də hava limanlarının birində şimpanze əti müsadirə edilmişdi.

"East Anglia" universitetinin alimi Ben Qarrod bildirib ki, İngiltərə və Avropada şimpanze əti qaçaqmalçılığı geniş yayılıb. "Daily Telegraphy"nin xəbərinə əsasən, bəzi dükanlarda artıq şimpanze əti satılır. Alimlər isə insanları gömrüklərdə ətlərə DNA testi tətbiq etməyə çağırıb. Ben Qarrod qeyd edir ki, bu heyvanlar antisanitar mühitdə kəsilir və genetik olaraq insanlara çox yaxın olduqları üçün ciddi epidemiyaya səbəb ola bilər.

2010-cu ildə də qaçaq ətlərlə bağlı aparılan araşdırmada təkcə Parisdəki hava limanında 270 ton şimpanze əti ələ keçirilib. Bu ətin inək və donuz ətindən 5 dəfə baha olduğu deyilir.