Uşaq evində böyüyən Ruslanın həyatı


Digərləri 11 İyn 2019 20:24:00 225 0

Uşaq evində böyüyən Ruslanın həyatı

Ruslan Əlizamanov kimsəsizlər evində böyüyən milyonlarla insandan biridir. İmişlidə anadan olan Ruslanın valideynləri o, uşaq olanda ayrılıb. Bu ayrılıq isə indi 30 yaşı olan Ruslanın yolunu uşaq evinə salıb.

Son.az oxu.az-a istinadən kimsəsizlər evində böyüyən Ruslan Əlizamanovun həyat hekayəsini təqdim edir:

Kimsəsizlər evində böyüyən Ruslan deyir ki, o vaxtları xatırlamaqda çətinlik çəkir. Yaşamağa ev yox, sarılmağa valideyn yox... Kimsəsizlər evinə atılandan sonra valideynləri onunla heç vaxt maraqlanmayıb. Tək təsəllisi həyatını küçələrə bağlayan uşaqlardan fərqli olaraq, dövlət himayəsində olması olub:

Sevilməyən övlad olduğunu sənə hər gün hiss etdirirlər...

"Mən uşaq olduğum üçün o vaxt nə baş verdiyini anlamırdım. Valideynlərim ayrıldıqdan sonra anam Lənkərana gəlib və yenidən ailə qurmuşdu. Bir növ övlad kimi ögey atam məni qəbul etmirdi. Elə də xoşbəxt uşaqlığım olub desəm, yalan olar. Valideynlərim yanımda olanda belə onların nəvazişini hiss edə bilmədiyim üçün kimsəsizlər evində bu hissi o qədər də qəribsəmədim.

1998-ci ildə anamı itirdim. Onda mənim doqquz yaşım vardı. Ögey atam məni döyüb, əziyyət verirdi. Nəhayət, o gün gəldi və mən "ev" adlanan ocaqdan Lənkərandakı uşaq evinə verildim. İlk vaxtlarda çox çətin gəlirdi. Bizim vaxtımızda uşaq evlərində indiki kimi təmizlik, rahat şərait yox idi. Bəzən uşaqlarla yola getmirdik, bəzən də bir-birimizə sarılıb kövrəlirdik".

Ruslan deyir ki, uşaqlar evinə onları ziyarətə gələnlər olanda hamı ən təmiz paltarını geyinib, özünü səliqəyə salırdı:

"Bizi görməyə gələnlərə baxıb düşünürdüm, görəsən, hansı mənim anam olar?"

"Hərdən bizə paltarlar, ayaqqabılar, oyuncaqlar gətirirdilər. Heç birimizin seçim hüququ yox idi. Hərdən elə oyuncaq olurdu ki, mən onu çox istəyirdim. Amma məndən qabaq başqa uşaq götürürdü və o, artıq onun olurdu. Oynamağa belə verməzdilər. Uşaq evlərinə indiki kimi çox tez-tez gedilməzdi. Kimsə gələndə qaçıb təzə palarlarımızı geyinirdik ki, bizi qəşəng geyimdə görüb sevsinlər.

Bəlkə, kimsə bizi də öz uşağı kimi sevə bilər... Saçımızı sığallayıb beş dəqiqə bağrına basar. Bilirsiniz, biz ana ətrini unudan uşaqlar olmuşuq. Mənim anam yaşasaydı, bəlkə də, uşaqlar evinə düşməzdim. Amma nə anamın, nə də atamın ailəsi mənə sahib çıxdı. Bu həyatı yaşamağa məcbur qaldım. Belə-belə beş il geridə qaldı.

Nəhayət, bir gün bir ailə gəldi və məni övladlığa götürmək istədiklərini dedilər. Mən qorxurdum. Yenidən döyülmək, kiməsə öyrəşmək və yenidən atılmaq qorxusundan çəkinirdim. İstəmirdim, gedim. Amma sonra məni başa saldılar ki, bu, hər uşaq üçün şansdır. Get, ailən olsun, səni sevib qayğı ilə böyüdəcək anan-atan olsun. Beləcə, məni övladlığa götürdülər və həyatım tamamilə dəyişməyə başladı".

Ailəsi, qohumları haqqında da heç bir məlumatı olmadığını deyən Ruslan yeni ailəsinin ona qayğı ilə yanaşdığını, onun təhsil almasına şərait yaratdığını, əsgərlik dövründə ona dəstək olduğunu deyir. O qeyd edir ki, ögey anası öz anası kimi mehribandır:


Xəbərə aid fotolar