Nazir: Rusiya-İsveç münasibətləri dramatik rəqsə bənzəyir


Digərləri 11 İyn 2019 19:33:00 265 0

Nazir: Rusiya-İsveç münasibətləri dramatik rəqsə bənzəyir

İsveçin Rusiyaya münasibəti iki istiqamətdədir.

Bakı. İsveçin Rusiyaya münasibəti iki istiqamətdədir. Bir tərəfdən krallıq Aİ-nin anti-Rusiya sanksiyalarını dəstəkləməli, digər tərəfdən isə Rusiya ilə birbaşa təmaslarını davam etdirməlidir. Trend-in məlumatına görə, bu fikirləri İsveçin xarici işlər naziri Marqot Vallstryom səsləndirib. Nazir əlavə edib: "İkitərəfli münasibətlər tanqonu xatırladır - bir addım irəli, iki və ya üç addım yana, bəzən bir qədər gözlənilməz. İsveç və Rusiya arasında isə bu, bir qədər dramatik rəqsdir".