Azərbaycan və Türkiyə müdafiə nazirləri Qəbələdədir (FOTO)


Digərləri 11 İyn 2019 19:20:31 190 0

Azərbaycan və Türkiyə müdafiə nazirləri Qəbələdədir (FOTO)

Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirləri arasında üçtərəfli formatda keçiriləcək görüşdə iştirak etmək üçün Qəbələ şəhərinə gəliblər.

Bakı. Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirləri arasında üçtərəfli formatda keçiriləcək görüşdə iştirak etmək üçün Qəbələ şəhərinə gəliblər. Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, iyunun 12-də Qəbələ şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçiriləcək. Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin