Gözdən əlilliyi olan şəxslər üçün çoxmənzilli binanın layihə-smeta sənədlərinin hazırlanmasına vəsait ayrılıb


Digərləri 11 İyn 2019 18:00:35 181 0

Gözdən əlilliyi olan şəxslər üçün çoxmənzilli binanın layihə-smeta sənədlərinin hazırlanmasına vəsait ayrılıb

Prezident İlham Əliyev sərəncam imzalayıb.

Bakı. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.63-cü bəndində göstərilmiş vəsaitin azaldılan hissəsinin ayrılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Bakı şəhərində gözdən əlilliyi olan şəxslər üçün inşa ediləcək çoxmənzilli binanın layihə-smeta sənədlərinin hazırlanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.63-cü bəndində göstərilmiş məbləğin 300 min manatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılsın. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək. Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır. Sərəncam imzalandığı gündən qüvvəyə minir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin