Malayziyada qalmaqal Nazirin həmcinsi ilə seks videosu yayıldı


Dünya 11 İyn 2019 16:46:00 319 0

Malayziyada qalmaqal  Nazirin həmcinsi ilə seks videosu yayıldı

Malayziyada qalmaqal baş verib.

Son.az "ölkə.az"a istinadən xəbər verir ki, hökumət kabinetindəki nazirlərdən birinin həmcinsi ilə seks videosu yayılıb. Dünən bəzi jurnalistlər bilinməyən nömrə vasitəsilə "WhatsApp" qrupuna əlavə edilib. Sonra isə adı açıqlanmayan nazirin seks videoları paylaşılıb. Baş nazir isə "Xəbərim yoxdur, videonu görmədiyim üçün şərh verə bilmərəm" açıqlamasını verib.

"WhatsApp" qrupunun adı "Jemputan Hari Raya"dır və qrupa bir otel otağında iki kişinin cinsi əlaqəyə girdiyini əks etdirən üç video paylaşılıb. Arxa planda isə xarici bir xəbər kanalının səsi eşidilir.

Qeyd edək ki, Malayziyada eyni cinslərin nikahı qadağan edilib.


Xəbərə aid fotolar