“Təklif Flora Kərimovadan gəldi” Aydın Sanidən


Şou-biznes 11 İyn 2019 16:05:00 266 0

“Təklif Flora Kərimovadan gəldi”  Aydın Sanidən

ARB TV-nin "Səhə-Səhər" proqramının növbəti qonağı müğənni Aydın Sani olub. Son.az xəbər verir ki, ifaçı xalq artisti Flora Kərimova ilə duet oxuyacağını açıqlayıb: "Flora Kərimova ilə duetimiz gözlənilir. Yeni mahnı deyil, oxuduğum mahnılardandır, "Get, gedirsənsə". Təklif qarşı təfərdən gəlib. Nə xoş mənim halıma ki, illərin sənətkarı mənimlə duet oxumaq istəyir. Sözügedən mahnını o zamanlar oxuyanda özlüyümdə Flora xanımı nəzərdə tutmuşdum. Amma deyirdim ki, mən hara, Flora xanım hara?!" Flora Kərimova ilə telefon bağlantısı yaradılıb. Xalq artisti də təklifin ondan gəldiyini təsdiqləyib: "Aydını çox istəyirəm. Adətən məni axtarırlar, amma özüm onu axtardım tapdım. Görüşdük, tanış olduq. Duet mənim çox xoşuma gəlir. Vaxt var idi Ələkbər Tağıyevi də təndiq edirdilər. Ona görə mən də bu janra müraciət etdiyim üçün qorxmuram. Millətin sevgisi hər şeydən üstündür".


Xəbərə aid foto