Dövlət qurumlarının əməkdaşları üçün “Məlumat əsaslı idarəçilik” təliminə start verilib (FOTO)


Digərləri 11 İyn 2019 15:43:00 243 0

Dövlət qurumlarının əməkdaşları üçün “Məlumat əsaslı idarəçilik” təliminə start verilib (FOTO)

Dövlət qurumlarının əməkdaşları üçün “Məlumat əsaslı idarəçilik” təliminə start verilib

Bakı. Dövlət qurumlarının əməkdaşları üçün “Məlumat əsaslı idarəçilik” təliminə start verilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, “İKT LAB” Tətbiq və Tədris Mərkəzi ən müasir texnoloji trendlərə əsasən mütəmadi olaraq yeni təlimlər təşkil edir. Bu dəfə intellektual idarəetmə sisteminin qurulmasında məlumatların xüsusi əhəmiyyətini nəzərə alaraq “Məlumat əsaslı idarəçilik” (“Data-Driven Governance”) təlimi təşkil edilib. Təlimin məqsədi məlumatların əhəmiyyəti, toplanması və istifadəsi üzrə praktiki və nəzəri biliklər əldə etmək istəyən mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.