Zabit Səmədov Gəncədə (FOTO)


Digərləri 11 İyn 2019 15:33:00 283 0

Zabit Səmədov Gəncədə (FOTO)

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov kiqboksinq üzrə peşəkar döyüşçü, K-1 qaydasız döyüş növü üzrə dünya çempionu Zabit Səmədovu qəbul edib.

Bakı. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov kiqboksinq üzrə peşəkar döyüşçü, K-1 qaydasız döyüş növü üzrə dünya çempionu Zabit Səmədovu qəbul edib. İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanda idmanın inkişafı üçün atılan addımlardan söz açılıb, bu istiqamətdə görülə biləcək işlər müzakirə olunub. N.Bayramov qeyd edib ki, Gəncə 2019-cu il üçün Avropanın İdman Şəhəri titulunu daşıyır. İl ərzində şəhər müxtəlif yerli və beynəlxalq idman tədbirlərinə ev sahibliyi edəcək. O həmçinin bildirib ki, Gəncədə böyük idman sarayının inşası davam etdirilir. İdman sarayı və ərtafında salınacaq idman şəhərciyi bu sahənin inkişafına böyük təkan olacaq.