Bakıda ev yandı - 1 yaşlı körpə öldü


Digərləri 11 İyn 2019 13:00:00 180 0

Bakıda ev yandı - 1 yaşlı körpə öldü

Bakıda ölümlə nəticələnən yanğın faktı qeydə alınıb.

Bakı. Bakıda ölümlə nəticələnən yanğın faktı qeydə alınıb. Trend-ə FHN-dən verilən məkumata görə, paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəlli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 40 m² olan talvar yanıb. Məlumata görə, yanğının kəşfiyyatı zamanı 2018-ci il təvəllüdlü Ağamirzəyeva Zibeydə Elxan qızının yanmış meyti aşkar olunub. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.