Tanınmış bloqer faciəvi şəkildə öldü FOTO


Dünya 11 İyn 2019 12:55:00 220 0

Tanınmış bloqer faciəvi şəkildə öldü  FOTO

Rusiyada sosial şəbəkə fenomeni faciəvi şəkildə ölüb.

Son.az haberler-ə istinadla xəbər verir ki, sosial şəbəkədə paylaşmaq məqsədi ilə elektrikli qatarın üzərində şəkil çəkdirən 21 yaşlı qız cərəyan vurması nəticəsində dünyasını dəyişib.

Sankt-Peterburqda yaşayan 21 yaşlı Alina şəkil həvəsinə qurban gedib. Bu vaxta qədər binaların başında və digər təhlükəli yerlərdə şəkillər çəkdirib, şəxsi sosial şəbəkə hesablarında paylaşan Alina cərəyan vurması nəticəsində ölüb.

Hər kəsdən gizlin elektrikli qatarın üzərinə çıxan Alina müvazinətini itirdikdə ani olaraq əllərini kabellərdən tutub və yüksək gərginlik səbəbindən yanıb.


Xəbərə aid fotolar