Qəbələdə ağacdan yıxılan kişini Bakıya gətirdilər


Digərləri 11 İyn 2019 11:33:00 226 0

Qəbələdə ağacdan yıxılan kişini Bakıya gətirdilər

Ötən gün Qəbələdə bəxbəxt hadisə baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Tüntül kəndində qeydə alınıb. Meyvə ağacına çıxan 1965-ci il təvəllüdlü Məlik Şükürov oradan yıxılaraq xəsarətlər alıb.

Xəstə ilk öncə rayon xəstəxanasına çatdırılıb. Bir müddət orada müalicə aldıqdan sonra isə ötən axşam Bakıya 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib.

Döş qəfəsinin küt əzilməsi diaqnozu ilə müalicə alan 54 yaşlı kişinin vəziyyəti stabildir.