Ramin Quluzadə: "Nəqliyyat sektoru inkişafını davam etdirəcək" FOTO


Digərləri 11 İyn 2019 11:40:00 392 0

Ramin Quluzadə: "Nəqliyyat sektoru inkişafını davam etdirəcək"  FOTO

Bu gün Bakıda 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika Sərgisi və 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi işə başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, açılış mərasimində çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə iştirakçıları ölkədə nəqliyyat sektorunun inkişafı üçün həyata keçirilən tədbirlər barədə məlumatlandırıb.

O qeyd edib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir, nəqliyyat və logistika bu prosesin vacib istiqamətlərindəndir.

Öz növbəsində, ITE şirkətinin regional direktoru bildirib ki, Edvard Stron bildirib ki, sərgidə 10 ölkədən 75 şirkət iştirak edir.