Bakıda usta yeni tikilən yaşayış binasından yerə yıxıldı


Digərləri 11 İyn 2019 10:34:00 211 0

Bakıda usta yeni tikilən yaşayış binasından yerə yıxıldı

Bakıda tikintidə bədbəxt hadisə baş verib.

Bakı. Samir Əli - Bakıda tikintidə bədbəxt hadisə baş verib. Trend-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib. Həmin qəsəbədə inşa olunan sosial təyintlı çoxmənzilli yaşayış kompleksinin tikintisi zamanı orada bənna işləyən Əliyev İmran Hacıağa oğlu kompleksin 6-cı binasının 3-cü seksiyasının 2-ci mərtəbəsindən yıxılıb. Yaralı bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.