Kaliforniyada təyyarə qəzaya uğrayıb


Dünya 11 İyn 2019 07:55:00 174 0

Kaliforniyada təyyarə qəzaya uğrayıb

ABŞ-ın Ramona şəhərinin (Kaliforniya ştatı) hava limanında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə San-Diyeqo dairəsinin yanğından mühafizə xidmətinin "Twitter" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Təyyarənin hava limanının ərazisində dispetçer qülləsinin yaxınlığına düşməsi ilə əlqədar hadisə yerinə xilasetmə xidmətləri cəlb edilib. Təyyarənin göyərtəsində olan bütün insanlar təxliyə edilib. Qəza nəticəsində yanğın baş verməyib".

Təyyarədə olan insanların sayı açıqlanmır.