Ufoloqlar Antarktikada UFO aşkar etdilər


Digərləri 11 İyn 2019 07:01:00 209 0

Ufoloqlar Antarktikada UFO aşkar etdilər

Uçan Naməlum Obyekt (UNO) "ovçuları" bu yaxınlarda Antarktida ərazisində aşkar edilən unikal tapıntı barədə məlumat veriblər. Onların sözlərinə görə, Ernest Şelkton dağında böyük bir UNO qəzaya uğrayıb.

Son.az ted.az-a istinadən bildirir ki, Antarktida, planetdə az öyrənilmiş qitələrdən olduğundan, təəccüblü deyil ki, bütün mütəxəssislər ona belə diqqət göstərirlər. Xüsusilə, Ufologiya sahəsinin mütəxəssisləri tərəfindən materikə nəzarət daha güclüdür. Onların fikrincə, Antarktika yadplanetlilərin sevimli yeridir. Bu yaxınlarda tədqiqatçılar, yadplanetlilərin qəzaya uğrayan və Ernest Şelkton dağına düşən gəmisini tapdıqlarını bildiriblər. Gəminin bir hissəsi qardan görünür və obyektdən ayrılan iz onun ölçüləri haqqında müəyyən nəticələr əldə etməyə imkan verir.

Ufologlar hesab edirlər ki, yadplanetlilərin kosmik aparatının uzunluğu, təxminən, 142 metrdir. Ekspertlər, həm də, qəzanın yaxın vaxtlarda baş verdiyini düşünürlər.