Mərdəkanda rəqs müsabiqəsi keçirilib


Digərləri 11 İyn 2019 00:34:23 225 0

Mərdəkanda rəqs müsabiqəsi keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 8-9 iyun tarixlərində Mərdəkan Mədəniyyət Sarayında rəqs müsabiqəsi keçirilib.

Bakı. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 8-9 iyun tarixlərində Mərdəkan Mədəniyyət Sarayında rəqs müsabiqəsi keçirilib. Trend-in məlumatına görə, müsabiqənin münsiflər heyətinin tərkibinə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəqqası Ramin Hüseynov, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəqqasəsi Nigar Hüseynova, rəqs müəllimi Abid Aslanov və musiqiçi-təşkilatçı Həcər İsrafilova daxildir. Müsabiqədə “Səma”, “New life”, “Bolnis Stars”, “Fidan”, “Aysel”, “İncəsənət” rəqs qrupları və rəqqasələr Melinq Zlata, Melinq Sofiya iştirak ediblər.