Gül kələmi və brokollidən salat Uşaqlara da hazırlayın


Digərləri 10 İyn 2019 22:22:00 204 0

Gül kələmi və brokollidən salat  Uşaqlara da hazırlayın

Gül kələmi, brokkoli azərbaycanlıların mətbəxinə son bir neçə ildə aktiv daxil olub. Hələ də çox xanımlar ondan nə hazırlayacaqlarını bilmir, ailə üzvləri isə dadsızdır deyib yemir.

Son.az medicina.az-a istinadən həm uşaqlar, həm zərif olmaq üçün qadınlara vacib, bu  2 kələm növündən olan salat reseptini təqdim edir. Kişilər bəyənməsə də olar.

Ərzaqlar:

Soğan -1 ədəd Kiçik brokkoli Kiçik gül kələmi Duz, istiot Sous üçün: xama, mayonez - hərəsindən 3 qaşıq

Hazırlanması:

Kələmlər yuyulur, bütöv halda qaynar suya salınıb, 2 dəqiqə saxlanılır, sonra gül hissələri gödvədən kiçik hissələrə ayrılır. Soğan da yarımhalqa doğranılıb, qarışdırılıb, duz-istiot vurulur.