Xərçəngin qarşısını alan tərəvəz tapıldı


Digərləri 10 İyn 2019 21:04:00 242 0

Xərçəngin qarşısını alan tərəvəz tapıldı

Alimlər xərçəng şişlərinin qarşısını ala bilən meyvə-tərəvəzlərin üzərində eksperimentlərini davam etdirir. 

Son.az medicina.az-a istinadən bildirir ki, Oqayo Universitetinin alimləri son təcrübələrində belə nəticəyə gəliblər ki, hamıya yaxşı tanış olan pomidor - tomat onkologiyaya qarşı vasitədir.

Siçanlar üzərində aparılmış eksperimentdə onları ultrabənövşəyi şüalarla şüalandırmış, daha sonra qidalarına pomidor tozu qatmışlar. 

Nəticələr göstərib ki, qidasında pomidor olan siçan qrupunda şişlər 50% azalmışdır.

Digər pomidorsuz qalan qrupda isə şişlər böyümüşdür.

Analizlər göstərib ki, xərçəngə qarşı təsirli olan maddə pomidorun tərkibində olan karotinoidlərdir.