7 yaşlı Kənan necə və harada yoxa çıxdı...


Digərləri 10 İyn 2019 18:57:00 228 0

7 yaşlı Kənan necə və harada yoxa çıxdı...

Yay fəslinin gəlişi ilə təhsil mövsümü başa çatıb, məktəblilərin tətil günləri başlayıb. Tətildə istirahət düşərgələri uşaqların  asudə vaxtının təşkilində valideynlərə kömək edəcək məkanlardan biridir. Lakin yay düşərgəsi seçimində ata və analar həm ayıq, həm də ehtiyatlı olmalıdırlar.

Haqqında söhbət açacağımız 7 yaşlı Kənan Mustafayev 19 il əvvəl Başqırdıstan Respublikasının İqlinskiy rayonununda yerləşən "Sarqay" yay düşərgəsində yoxa çıxıb. Kənanın tapılması üçün uzun illərdən bəri Mustafayevlər ailəsinin etdikləri cəhdlərin heç bir nəticə olmayıb.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, du dram haqda Başqırdıstanın "Molodyojnaya qazeta" nəşri yazır.

Ayaz Mustafayev 1996-cı ildə ailəsi ilə birgə Azərbaycandan Rusiyaya köçüb. Həyat yoldaşı İradə və üç oğlu - Rəşad Üzeyir, Kənanla Başqırdıstanın Bələbəy rayonunda məskunlaşıb. Bir müddət inşaat sektorunda çalışıb. 2000-ci ildən etibarən sahibkarlıqla məşğul olmağa başlayıb, öz firmasını yaradıb, ərzaq mağazası açıb. Yeni iş, yeni uğurlar tez bir zamanda öz bəhrəsini verib, ailə xoşbəxt günlər yaşamağa başlayıb. Lakin çox keçməyib ki, Mustafayevlər ailəsinin qapısını bədbəxtlik döyüb...

"Oğlumun çayda boğulması versiyasını heç cür qəbul edə bilmirəm. Hansısa daxili hiss sanki mənə onun sağ olduğunu deyir. Biz özümüz Kənanı axtardıq, elanlar verdik, əlacımız üzüldü, falçılara belə müraciət etdik. Dəli olmayım deyə öz mağazamızda işləməyə başladım. Tez-tez mal dalınca qonşu respublikalara gedirəm. Hər yerdə, hər yanda yenə də Kənanı axtarıram"- İradə Mustafayeva deyir.

Kənanın itkin düşməsindən təxminən bir ay sonra onun Çelyabinsk ərazisində görünməsi ilə bağlı məlumatlar dolaşıb. Bir kəndarda dayanıb çörək dilənən uşağa yerli sakinlərdən biri - Andrey Dorojevin yazığı gəlib, onu özüylə götürüb. Bəzi ehtimallara görə uşaq yaddaşını itirib, özü, valideynləri haqda heç bir məlumat verə bilməyib. A.Dorojev Kənanı şəkillərdə görüb tanıyıb və onu həddi buluğa çatmamışların işləri üzrə inspektor Vladimir Knyazevə təhvil verib. Amma azyaşlının milis şöbəsindən yoxa çıxması bu günə kimi də müəmma olaraq qalır...

İnspektorun dediyinə inansaq, o Kənanı milis idarəsinin dəhlizində qoyub, özü isə uşağın sənədlərini rəsmiləşdirməklə məşğul olub. Yarım saat sonra qapıdan baxarkən körpəni qoyduğu yerdə tapmayıb. Uşağın milis idarəsindən qaçdığı istisna edilmir. Kənanın valideynləri isə sahə müvəkkilinin özünü artıq yükləməmək üçün körpədən bu yolla qurtulduğunu iddia edirlər.

2003-cü ildə İradə Mustafayeva ərzaq mağazasının nəzdində düşbərə sexi açıb.  Sex getdikcə genişlənib, sexə yeni texnoloji avadanlıqlar gətirilib. Burada 14 çeşiddə məhsul istehsal olunub. Məhsulun çatdırılması ilə bağlı topdan satış bazarlarıyla, Bələbəy mağazalarıyla müqavilələr imzalanılıb.

Az sonra Mustafayevlərin ailəsi "Miranda" MMC-ni təsis edib.Yerli əhalinin böyük hissəsi adıçəkilən MMC-nin məhsullarından istifadə etməyə başlayıb. Qısa müddətdə düşbərə, pelmeni, şirniyyat sexlərindən ibarət ikimərtəbəli ticarət kompleksi istismara verilib.


Xəbərə aid foto