Ermənistanda yeni yaradılmış müxalif partiyanın rəhbəri saxlanılıb


Digərləri 10 İyn 2019 18:52:00 169 0

Ermənistanda yeni yaradılmış müxalif partiyanın rəhbəri saxlanılıb

Ermənistanda iki həftə əvvəl yaradılmış müxalif “Adekvad” partiyasının rəhbəri Artur Danielyan saxlanılıb.

Bakı. Ermənistanda iki həftə əvvəl yaradılmış müxalif “Adekvad” partiyasının rəhbəri Artur Danielyan saxlanılıb. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, A.Danielyan baş nazir Nikol Paşinyanın ünvanına səsləndirdiyi təhdidlərlə əlaqədar polisə gətirilib. Hadisə ilə bağlı polis orqanları hər hansı bir açıqlama verməyib. A.Danielyan partiyanın yaradılmasını mayın 27-də elan etmişdi. O, ölkədəki siyasi rejimin hadisələrə adekvat reaksiya vermək bacarığını itirdiyini bildirib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin