Külək qaldırıcı kranı binanın üstünə aşırdı:


Dünya 10 İyn 2019 18:39:00 239 0

Külək qaldırıcı kranı binanın üstünə aşırdı:

ABŞ-ın Texas ştatında tikinti sahəsində bədbəxt hadisə baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, qaldırıcı kranın yaxınlıqdakı yaşayış binasının üstünə düşməsi nəticəsində 1 nəfər ölüb. Daha 6 nəfərin xəsarət aldığı bildirilir.

Məlumata görə, qaldırıcı kran küləyin təsirindən aşıb.

Qeyd edək ki, ötən gün ştatda əsən güclü külək nəticəsində elektik verilişində də problemlər yaranıb.