Serbiya, Özbəkistan və Azərbaycan opera ulduzları Bakıda eyni səhnəni bölüşəcək


Digərləri 10 İyn 2019 18:02:00 189 0

Serbiya, Özbəkistan və Azərbaycan opera ulduzları Bakıda eyni səhnəni bölüşəcək

İyunun 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto” operası nümayiş olunacaq.

Bakı. İyunun 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto” operası nümayiş olunacaq. Trend-in məlumatına görə, bu tamaşada Riqoletto partiyasını ifa etmək üçün Belqrad Milli Teatrının (Serbiya) aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Matiç Draqutini dəvət edilib. Səhnə əsərində Hersoq rolunu isə Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Böyük Teatrının solisti, Özbəkistanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Ramiz Usmanov ifa edəcək. Opera tamaşasında əsas partiyalardan biri olan Cilda partiyasını Azərbaycanın Əməkdar artisti İnarə Babayeva canlandıracaq.