"Bakı Metropoliteni"nin aldığı 10 yeni vaqon Bakıdadır


Digərləri 10 İyn 2019 17:38:00 232 0

"Bakı Metropoliteni"nin aldığı 10 yeni vaqon Bakıdadır

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Rusiyanın "Metrovaqonmaş" zavodundan aldığı 10 vaqondan ibarət iki yeni qatarı Bakıya gətirib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, müasir tipli 2 qatar tərkibi artıq Bakıdadır: "Qatarlar hazırda təhvil-təslim olunur. İyunun 11-də hər iki qatar tərkibi DEPO-ya daxil olacaq. Qatarlar sazlama və sınaq işlərindən sonra xəttə buraxılacaq".

B.Məmmədov bildirib ki, gələn aydan etibarən daha 4 qatar tərkibi-20 yeni vaqon Bakıya gətiriləcək. İlin sonuna qədər həmin vaqonlar da xəttə buraxılacaq.