Növbəti hərraca yaşayış binası, quşçuluq müəssisəsi və daha nələr çıxarıldı? (FOTO)


Digərləri 10 İyn 2019 17:14:00 206 0

Növbəti hərraca yaşayış binası, quşçuluq müəssisəsi və daha nələr çıxarıldı? (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac iyul ayının 9-da baş tutacaq.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac iyul ayının 9-da baş tutacaq. Komitədən Trend-ə verilən məlumata görə, bu hərraca 77 dövlət əmlakı çıxarılıb. Vətəndaşların və investorların 22 səhmdar cəmiyyəti, 46 kiçik dövlət müəssisə və obyektləri, 9 qeyri-yaşayış sahəsi arasında seçim etmək şansı var. Bu dəfə də hərracda kiçik dövlət müəssisə və obyektləri ərazi, qiymət, faydalılıq baxımından çoxçeşidlidir. Belə ki, ilkin hərrac qiyməti 600 manat və 550 min manat aralığında olan belə əmlaklar Bakı, Sumqayıt, Balakən, Şəki və digər bölgələrdə yerləşir. Mövcud obyektlər potensial investorun müxtəlif sahələrdə biznes fəaliyyətini reallaşdırmasını mümkün edə bilər. Hərracda böyük investisiya yatırmaq iddiası olan şəxslər üçün seçim imkanı genişdir. İlkin qiyməti 550 min manat, ümumi faydalı sahəsi 3 min kv.m-ə, torpaq sahəsi 90 min kv.m-ə yaxın olan Balakən rayonunda yerləşən Əmlak kompleksi müxtəlif istiqamətdə fəaliyyətə imkan verir Prosesə çıxarılan müəssisələr arasında Xızıda yerləşən Yardımçı təsərrüfat, Mingəçevir şəhərində yerləşən 36 mənzilli yaşayış binasının yarımçıq tikilisi, Yevlax sənaye müəssisəsi kimi əmlaklar var. Hərracda fəaliyyətini bərpa etməklə gəlir gətirə biləcək əmlaklar sırasında Şəmkir yun tədarükü məntəqəsi göstərmək olar. Belə ki, tekstil sahəsinə lazım olan xammalın ödənilmə potensialını nəzərə alsaq, əmlakı olduqca gəlirli obyektə çevirmək mümkündür. Əmlakın ümumi faydalı sahəsi 3312 kv.m, torpaq sahəsi isə 63 min kv.m-ə yaxındır. Hərraca çıxarılan qeyri-yaşayış sahələrindən 5-i Bakıda, qalanları isə Sumqayıt şəhərində yerləşir. Bu əmlakların ümumi faydalı sahəsi 21 kv.m ilə 140 kv.m arasında dəyişir. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 22 yerləşən əmlak ictimai iaşə və xidmət sahəsinə öz töhfəsini verə bilər.