Təhsil naziri əmr imzaladı: "Son zəng” hər bir məktəbin ərazisində təşkil olunsun


Digərləri 10 İyn 2019 15:50:00 229 0

Təhsil naziri əmr imzaladı: "Son zəng” hər bir məktəbin ərazisində təşkil olunsun

İyunun 14-də hər bir ümumi təhsil müəssisəsinin ərazisində "Son zəng" tədbiri təşkil olunacaq.

Bakı. İlhamə İsabalayeva - İyunun 14-də hər bir ümumi təhsil müəssisəsinin ərazisində "Son zəng" tədbiri təşkil olunacaq. Trend-in məlumatına görə, təhsil naziri Ceyhun Bayramovun bununla bağlı imzaladığı əmrdə qeyd edilir ki, “Son zəng” tədbiri 14 iyun tarixdə hər bir müəssisənin ərazisində təşkil olunsun. Əmrdə “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri, məktəb məzunlarının iştirakı tövsiyə edilib.