Bu il Azərbaycanda orta məktəbləri bitirənlərin SAYI bilindi


Digərləri 10 İyn 2019 15:29:00 221 0

Bu il Azərbaycanda orta məktəbləri bitirənlərin SAYI bilindi

Bu il XI sinfi 80 514 şagird bitirir

Bakı. İlhamə İsabalayeva - 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirəcək. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2018-2019-cu tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirəcək. 45 616 nəfər isə I sinfi başa vuracaq. 2018-2019-cu tədris ilində respublika üzrə 2 977 ümumi təhsil müəssisəsində fəaliyyət göstərən 5 200 məktəbəhazırlıq qrupunu 97 918 nəfər başa vuracaq.