Hindistanda fil sürüsü balanı belə dəfn etdi VİDEO


Dünya 10 İyn 2019 15:02:00 212 0

Hindistanda fil sürüsü balanı belə dəfn etdi  VİDEO

Hindistanda fil sürüsü ölmüş fil balasının "dəfn mərasimini" keçirib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, unikal görüntünü @ParveenKaswan adlı istifadəçi öz "Twitter" səhifəsində paylaşıb.

"Bu görüntüyə biganə qala bilməcəksiniz! Dəfn mərasimidir, matəmdə olan fillər ölü balanı daşıyırlar. Ailə bu itki ilə barışa bilmir", - videoçarxda qeyd edib.

Kadrlarda filin meşədən peyda olaraq yola çıxdığını, xortumu ilə fil balasının ölüsünü tutduğunu görmək olur. Arxada xeyli yerli sakin toplanaraq kənardan bu səhnəni maraqla seyr edib. Fil balanı yolun kənarına atdıqdan sonra dayanır. Ardınca digər filllər yavaş-yavaş yaxınlaşaraq, "cənazəni" əhatəyə alır.