Radiasiya zonasında doğulan ilk və tək qız "Çernobıl" renesansının simvolu FOTO


Dünya 10 İyn 2019 11:46:00 260 0

Radiasiya zonasında doğulan ilk və tək qız  "Çernobıl" renesansının simvolu  FOTO

"Əgər kimsə düşünürsə ki, qızım ikibaşlıdır, onlar tamamilə səhv edirlər"

Son günlərin ən çox müzakirə olunan mövzularından biri "Çernobıl" serialıdır. Ən çox izlənilən mini-serial qısa zamanda bütün dünyanın diqqətini Çernobıl faciəsinə yönəldə bilib.

Son.az xəbər verir ki, Britaniyanın "Sunday Express" nəşri faciədən sonra onun təsir zonasında dünyaya gələn Mariykanın həyatı və ailəsi barədə məqalə hazırlayıb.

19 yaşlı Mariyka 1986-cı ildə Çernobıl AES-də baş vermiş dəhşətli qəzadan sonra həmin zonada doğulan ilk və tək şəxsdir.

O, 19 il əvvəl partlayışın baş verdiyi 4-cü nüvə reaktorunun cəmi bir neçə kilometr yaxınlığında dünyaya gəlib və orada böyüyüb.

Hökümət onlara başqa yerdə yaşamağa ev vermədiklərinə görə ailəsi oranı tərk etmək tələbinə etiraz edib.

Mariyka hazırda Kiyevdə universitet tələbəsidir və sağlamlığı ilə bağlı hər hansı problemi yoxdur. Onu hər kəs "Çernobıl" renesansının simvolu" hesab edir.

Mariyka Çernobılda yaşadığı müddətdə çaydan tutulan balıq və inək südü ilə qidalanıb.

"Mən çox yaxşıyam, oxuyuram, işləyirəm, özümlə fəxr edirəm, bu qədər!" - deyə Mariyka açıqlamasında söyləyib.


Xəbərə aid fotolar