Türkiyədə fabrikdə PARTLAYIŞ olub


Dünya 10 İyn 2019 09:05:00 186 0

Türkiyədə fabrikdə PARTLAYIŞ olub

Türkiyədə fabriklərin birində güclü partlayış baş verb.

Son.az Trend-ə istinadən xəbər verir ki, partlayış Kocaeli vilayətinin Karatəpə rayonunda qeydə alınıb. Partlayışdan dərhal sonra bütün işçilər dərhal təxliyə olunublar.

Hadisə yerinə yanğınsöndürmə və xilasedicilər cəlb olunublar. Hazırda yanğının qarşısının alınması istiqamətində operativ iş aparılır.

Partlayışın hansı səbəbdən baş verməsi hələ məlum deyil.