4 otaqlı ev yanıb


Digərləri 10 İyn 2019 07:14:00 188 0

4 otaqlı ev yanıb

Bakının Yasamal rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 24 m² sahədə və mətbəxinin tavanı 2 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.