Türkiyədə içərisində 25 nəfər olan sərnişin avtobusu yandı


Dünya 09 İyn 2019 23:52:00 237 0

Türkiyədə içərisində 25 nəfər olan sərnişin avtobusu yandı

Türkiyənin Marmaris və Şırnak şəhərləri arasında hərəkətdə olan sərnişin avtobusu yanıb. Hadisə baş verən zaman avtobusda 25 sərnişin olub.

Son.az oxu.az-a istinadən bildirir ki, yanğının başladığını görən sürücü avtobusu yoldan kənara çıxararaq sərnişinləri oradan düşürüb.

Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb edilib. Yanğının başvermə səbəbi hələlik məlum deyil.