Qazaxıstanda etiraz aksiyasında iştirak edən 500ə qədər şəxs saxlanılıb


Dünya 09 İyn 2019 23:56:00 212 0

Qazaxıstanda etiraz aksiyasında iştirak edən 500ə qədər şəxs saxlanılıb

Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultanın mərkəzində etiraz aksiyası keçirilib. RİA Novosti-nin verdiyi məlumata görə, aksiyaçılar Qazaxıstanda ədalətli Prezident seçkilərinin keçirilməsi tələb ediblər.

Son.az oxu.az-a istinadən bildirir ki, icazəsiz aksiyada iştirak edən 500-ə qədər şəxs saxlanılıb.

Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kojayev jurnalistlərə açıqlamasında bildirib ki, küçələrdə icazəsiz aksiyaların keçirilməsi ilə vəziyyəti gərginləşdirmək cəhdi olub, 500-ə qədər şəxs saxlanılıb.