Qəhvə ürək üçün təhlükəsiz içkidir


Digərləri 09 İyn 2019 22:05:00 271 0

Qəhvə ürək üçün təhlükəsiz içkidir

Qəhvə, hətta çox miqdarda belə içildikdə, ürək-damar xəstəliklərinin yaranmasına səbəb olmur. Bu barədə Londonun Şahzadə Mariya Universitetinin mütəxəssisləri bildirmişdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, alimlər yaxın zamanlarda apardıqları tədqiqatlara istinad edir.

Tədqiqatçılar uzun müddətdir ki, 8 min insanı müşahidə edir. Onlardan bəziləri gün ərzində 5 stəkan, bəziləri isə, demək olar ki, ümumiyyətlə qəhvə içmirdi. Alimlərin sözlərinə görə, qəhvə, aortanın və sərt arteriyanın divarlarının elastikliyinə heç bir təsir etmir. Mütəxəssislər qeyd edir ki, qəhvə içənlər arasında belə problemlərdən əziyyət çəkən insanlar var idi. Lakin bu qəhvə ilə bağlı deyil, onların siqaret istifadəçi olduqları üçün idi.

Son zamanlar alimlər qəhvənin müsbət təsirləri haqqında danışır. Onların sözlərinə görə, qəhvə nəinki belə təhlükələri artırır, əksinə onları azaltmış olur. Alimlər hesab edi ki, qəhvə ürək-damar xəstəliklərinin yaranma riskini aşağı salır.

Belə bir içki diabetdən, neyrodegenerativ xəstəliklərdən qoruyaraq, arıqlamağa kömək edir, orqanizmin hüceyrələrini oksigenlə təmini edir, eyni zamanda məntiqi məsələlərinin həllində effektiv rol oynayır.