Lənkəranda partlayış olub, 2 nəfər yaralanıb


Digərləri 09 İyn 2019 21:03:00 184 0

Lənkəranda partlayış olub, 2 nəfər yaralanıb

Lənkəranda baş verən partlayış bir ailənin 2 üzvünü xəstəxanalıq edib.

Son.az oxu.az-a istinadən bildirir ki, Girdəni kənd sakini, 40 yaşlı Hədiyyə Salman qızı Hadıyeva yaşadığı evdə qaz sobasını yandırmaq istəyən zaman partlayış baş verib. Yaxınları güman edir ki, mebelin yerini dəyişərkən ehtiyatsızlıqdan qaz sobasının açarına dəyən əşya onun açıq qalmasına səbəb olub. Qaz sızması partlayışla nəticələnib. Evdə yanğın baş verməsə də, H.Hadıyeva və oğlu, 9 yaşlı Yusif Hadıyev xəstəxanaya aparılıb.

Ana reanimasiya şöbəsinə yerləşdirilib. Uşaq isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.