Qazaxıstanda prezident seçkilərində 77,4 faiz seçici səs verib


Dünya 09 İyn 2019 20:52:00 222 0

Qazaxıstanda prezident seçkilərində 77,4 faiz seçici səs verib

Qazaxıstanda keçirilən prezident seçkilərində yekun seçici fəallığı 77,4 faiz təşkil edib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının üzvü Ləzzət Süleymen deyib.

Qeyd edək ki, 2015-ci ildə Qazaxıstanda prezident seçkilərində seçici fəallığı 95,22 faiz təşkil etmişdi.

Xatırladaq ki, bu gün Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar yerli vaxtla saat 07:00-da səsvermə başlayıb və 20:00-da yerkunlaşıb.