Alzheimer xəstəliyindən necə qorunaq


Digərləri 09 İyn 2019 19:01:00 210 0

Alzheimer xəstəliyindən necə qorunaq

Dişlərin təmizlənməsi Alzheimer xəstəliyindən müdafiə edir.

Son.az deyerler.org-a istinadən bildirir ki, bu barədə Berqen universitetinin alimləri bildirmişdir.

Bakteriyaların qinqivit (damağ iltihabı) xəstəliyi yaratması məlum bir məsələdir. Bu xəstəlik ağız boşluğundan beyinə keçərək zərərli fermentlər əmələ gətirir. Bu fermentlər sinir hüceyrələrini məhv etməyə başlayır.

Tədqiqatçılar Alzheimer xəstəliyindən əziyyət çəkən 53 nəfəri yoxlamışdır. Analiz götürüldükdən sonra, əldə edilmiş nümunələrin 96%-ni bu fermentlər təşkil edirdi.