Şəkər, təzyiq və piylənmədən əziyyət çəkirsinizsə...


Digərləri 09 İyn 2019 17:54:00 236 0

Şəkər, təzyiq və piylənmədən əziyyət çəkirsinizsə...

Şəkər, təzyiq və piylənmənin ümumi səbəbi müəyyən edilib. 

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, təzyiq, şəkər, piylənmə və qandakı şəkər səviyyəsinin artım riskini azaltmağa düzgün yuxu qrafiki kömək edə bilər. Bu qərara Britaniya alimləri gəlib.

Alimlər qeyd edir ki, nizamsız yuxu maddələr mübadiləsini pozur və depressiyaya gətirib çıxarır. O sirkad ritmlərini pozur və bədənin insulin istehsal etməsini azaldır. Bu da öz növbəsində ciddi sağlamlıq probleminə səbəb olur.

İnsan yetərli qədər, ancaq müxtəlif saatlarda yatsa belə, təzyiq, şəkər və piylənmə özünü göstərə bilər. Bu 45-84 yaşlı 2000-dən çox qadın və kişilərin yuxusu araşdırlarkən müəyyən edilib.