Ağcabədidə biçilməmiş taxıl sahəsi yanıb


Digərləri 09 İyn 2019 16:35:00 179 0

Ağcabədidə biçilməmiş taxıl sahəsi yanıb

Ağcabədidə yanğın qeydə alınıb.

FHN-dən Son.az-a verilən məlumata görə, Ağcabədi rayonunda 5 ha biçilməmiş taxıl sahəsi, 145 ha sahədə quru ot və kol-kos yanıb.

Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.