Azərbaycanda eimza sahiblərinin sayı artır


Digərləri 09 İyn 2019 12:39:00 204 0

Azərbaycanda eimza sahiblərinin sayı artır

2019-cu ilin yanvar-mart aylarında Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 9 832 elektron imza sertifikatı verilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Məlumat Hesablama Mərkəzinin hesabatında deyilir.

Həmin sertifikatlardan 6 776-ı dövlət strukturlarına, 1 920-i hüquqi şəxslərə, 246-ı fiziki şəxslərə verilib.

Elektron imza sertifikatlarının verilməsi başlayandan 2019-cu ilin aprelin 1-dək ümumilikdə 176 724 sertifikat verilib. Onlardan 98 044-ü dövlət strukturlarına, 43 480-i hüquqi şəxslərə, 35 200-ü fiziki şəxslərə təqdim edilib.