Səudiyyə Ərəbistanında aeroport dronların hücumuna məruz qaldı


Dünya 09 İyn 2019 10:29:00 230 0

Səudiyyə Ərəbistanında aeroport dronların hücumuna məruz qaldı

Səudiyyə Ərəbistanında hava limanı pilostuz uçan aparatların hücumuna məruz qalıb. 

Son.az Oxu.az-a istinadən bildirir ki, hücumu "Ansar Allah" hərəkatından olan Yəmən husiləri təşkil edib. 

Səudiyyə Ərəbistanı hökuməti hələlik Cizan aeroportuna hücumla bağlı məlumatı təsdiqləməyib. 

Xatırladaq ki, sonuncu dəfə husilərin dronları Səudiyyə Ərəbistanındakı hava limanına mayın 26-da hücum etmişdi.