Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılıb


Digərləri 09 İyn 2019 09:52:55 213 0

Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılıb

Bakıda, Qazaxıstanın Azərbaycandakı səfirliyinin binasında prezident seçkilərində səs vermək üçün seçki məntəqəsi yaradılıb

Bakı. Bakıda, Qazaxıstanın Azərbaycandakı səfirliyinin binasında prezident seçkilərində səs vermək üçün seçki məntəqəsi yaradılıb. Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, 262 nömrəli seçki məntəqəsi yerli vaxtla saat 07:00-da öz işinə başlayıb. Seçki məntəqəsinin üzvləri və Qazaxıstan diplomatları məntəqənin açılış mərasimini keçiriblər. Bu məntəqədə müvəqqəti Azərbaycanda yaşayan Qazaxıstan vətəndaşları səs verə bilər. Qeyd edək ki, bu gün Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar yerli vaxtla saat 07:00-da səsvermə başlayıb. Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək. Qazaxıstan ərazisində və onun kənarında 9 968 seçki məntəqəsi yaradılıb. Ölkədə 11 814 019 vətəndaş səsvermə hüququna malikdir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin