Bu gün 40 234 şagird üçün buraxılış imtahanı keçirilir


Digərləri 09 İyn 2019 09:15:00 264 0

Bu gün 40 234 şagird üçün buraxılış imtahanı keçirilir

Bu gün IX sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsi keçirilir.

Dövlət İmtahan Mərkəzindən (DİM) Son.az-a verilən məlumata görə, imtahanlar Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərinin, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün nəzərdə tutulub.

Ümumilikdə 40 234 şagird imtahan verəcək.

İmtahan saat 11:00-da başlayır.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- "İmtahana buraxılış vərəqəsi";

- şəxsiyyəti təsdiq edən sənədin əslini: