Güləşçilərimiz Avropa çempionu olub (FOTO)


Digərləri 09 İyn 2019 04:10:00 216 0

Güləşçilərimiz Avropa çempionu olub (FOTO)

Azərbaycanın iki gənc güləşçisi Turan Bayramov və Abubakr Abakarov İspaniyanın Pontevedra şəhərində keçirilən Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıbla

Bakı. Azərbaycanın iki gənc güləşçisi Turan Bayramov və Abubakr Abakarov İspaniyanın Pontevedra şəhərində keçirilən Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, iyunun 8-də 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində gənc sərbəst güləşçilər qızıl medal uğrunda mübarizə aparıblar. Çempionatda 65 kiloqram çəki dərəcəsində çıxış edən Turan Bayramov səkkizdəbir finalda Gürcüstandan olan güclü rəqibinə minimal fərqlə qalib gəlib. Pəhləvanımız sonra Fransa təmsilçisini üstələyərək yarımfinala yüksəlib. Yeniyetmələr arasında dünya, Avropa və olimpiya çempionumuz yarımfinalda Moldova güləşçisini məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə Rusiya idmançısı ilə qarşılaşan Gəncə güləş məktəbinin yetirməsi hesab 1:1 olarkən sonuncu xal prinsipinə əsasən qalib gələrək Avropa çempionu olub.