Yaxın 10 ildə xərçəngi müalicə edən preparat hazırlanacaq


Digərləri 08 İyn 2019 23:10:00 218 0

Yaxın 10 ildə xərçəngi müalicə edən preparat hazırlanacaq

Britaniya alimləri heç bir müalicəyə reaksiya verməyən dözümlü xərçəng hüceyrələrinin inkişafını dayandıracaq yeni preparatların yaxın 10 ildə kəşf edilə biləcəyini açıqlayıblar.

ONA BBC-yə istinadən xəbər verir ki, Britaniyanın Xərçəng Tədqiqatları İnstitutu (ICR) bu araşdırmaya 75 milyon funt sterlinq ayıracağını açıqlayıb.

İCR Londonun cənubundakı Sutton qəsəbəsində yeni dərmanlar hazırlayan müasir araşdırma mərkəzi açmaq istəyir.

İnstitutun rəhbəri Paul Uorkman deyib ki, xərçənglə mübarizədə ən böyük problem xərçəng hüceyrələrinin dərmanlara adaptasiya olması və dərmanlara qarşı müqaviməti artırmalarıdır.

Yeni dərmanlar xərçəng hüceyrələrinin inkişafını daha uzun müddət üçün əngəlləyə biləcək. Bundan başqa, xərçəngdən xilas olma halları artacaq.

Hazırda QİÇS virusu ilə mübarizə də bu mərhələdədir.

Professor Uorkman əlavə edib ki, xərçəng hüceyrələrinin təkmilləşmək və müqaviməti artırmaq xüsusiyyəti xərçənglə bağlı əksər ölümlərin əsas səbəbi və bu xəstəliklə mübarizəni çətinləşdirən başlıca problemdir.