Xurmanın qabığında çatlar varsa, soyulursa...


Digərləri 08 İyn 2019 22:35:00 245 0

Xurmanın qabığında çatlar varsa, soyulursa...

Xurma yağlı və üstü ləkəli olmamalıdır.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Məhbubə Hasilova bildirib.

Mütəxəssisin xurma barədə məqaləsini təqdim edirik:

İlin hər fəslində xurma yeyilir. Tərkibində insan orqanizmi üçün faydalı qida lifləri olan xurma ideal qida vasitəsidir. Xurmanın tərkibində 15 mineral maddə var və A, B1, B3, B6, B12, C, D, E vitaminləri ilə zəngindir. Bir çox xəstəliklərin müalicəsinə müsbət təsir göstərir. Gün ərzində uşaqların 3, böyüklərin isə maksimum 7 ədəd xurma qəbul etməsi onların günlük mineral və vitaminlərə tələbatlarının bir qismini təmin edir.

Son.az e-tibb.az-a istinadən bildirir ki, xurma beta-karotinlə zəngindir. Beta-karotin hüceyrələrə mənfi təsir göstərən maddələri tənzimləyərək, xərçəngin yaranmasının qarşısını alır. Araşdırmalar nəticəsində xurmanın antioksidant təsirə malik olduğu üzə çıxıb.

Antioksidantlar damarların tıxanmasının, xərçəngin və tez qocalmanın qarşısının alınmasında faydalıdır.

Xurmanın tərkibində olan B1 və B2 vitaminləri qaraciyərin fəaliyyətinin yaxşılaşmasında və sinir yorğunluğunun aradan qaldırılmasında xüsusi rol oynayır.

Xurmanın tərkibindəki maddələr metabolizmi (maddələr mübadiləsini) yaxşılaşdırır, insanların tez sağalmasına kömək edir.

Xurma insanı tez doyduran və gümrah saxlayan qidalardan biridir.