Hazır yeməklər üçün bioplastiklər


Digərləri 08 İyn 2019 20:55:00 235 0

Hazır yeməklər üçün bioplastiklər

Kaunas Texnologiya Universitetindən bir qrup elm insanı, yeməkləri qablaşdırmada istifadə edilə biləcək bioplastik yaratmağı bacardı.

Qlobal mənada bir ildə yaradılan plastik miqdarı, az qala bütün bəşəriyyətin ağırlığına bərabərdir və bunun yalnız 9%-i geri çevrilir. Təbiətdə uzun müddət ərzində parçalanan plastik, mikroplastik hissəciklər halını aldıqdan sonra suya, torpağa, yediyimiz yeməklərə qarışır. İşin daha da bədbin tərəfi isə, təxminlərə görə 2050-ci ildə okeanlarda balıqlardan daha çox plastik olacaq olmasıdır.

Özümüzün yaratdığımız bu plastik problemlərimizlə yenə özümüz məşğul olmalıyıq. Bunun üçün əhəmiyyətli addımlardan biri Avropa Parlamentinin geniş sahədə birdəfəlik istifadə plastiklərini qadağan etməsi oldu. Siyasətçilərlə yanaşı elm insanları da bu mövzuda daha ekoloji həllər axtarır.

Kaunas Texnologiya Universitetinin kimyəvi texnologiyalar fakültəsindən alimlər, qida məhsulları üçün bioplastikdən, tamamilə gübrələşə bilən paketlər yaratdı. Araşdırmaçılardan biri dr. Paulius Pavelas Danilovas bu barədə belə deyib: "Orqanik gübrələrdə bir çox mikroorqanizm var və plastikləri parçalaya bilirlər".

Avropa İttifaqının standartlarına görə, bioplastikin sənaye gübrə mərkəzlərində həll olması təxminən 6 ayı çəkir. Ancaq evdəki gübrə qutusunda bu müddət bir neçə ilə qədər uzana bilir.